"Mənim Albaniya yığmasında oynamaq ehtimalım da var idi. Ancaq atama Kosovo millisinin uğurları üçün çalışacağıma söz verdim". Matç.az saytının məlumatına görə, bu sözləri Kosovo yığmasının yarımmüdafiəçisi Arber Zeneli deyib.

Hücumameyilli futbolçu yerli mətbuata açıqlamasında Millətlər Liqasında Azərbaycan yığması üzərində qazanılan qələbəni (4:0) dəyərləndirib.

Het-trik edərək günün qəhrəmanına çevrilən Zeneli getdikcə daha da güclənəcəklərini söyləyib: "Bu gün əsl komanda kimi "döyüşdük". Uğurumuzun sirri də bundadı. Möhtəşəm oyun keçirdik. özüm də daxil olmaqla, komanda yoldaşlarıma və bu zəfərdə yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Biz birlikdə əla nəticə əldə etdik. İndi növbəti çətin sınaqlardan keçməli olacağıq. Azərbaycan üzərindəki qələbə ilə göstərdik ki, istənilən rəqibi məğlub edə bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest