Millətlər Liqasının 2020/21 mövsümünün təqvimi bəllidi. Matç.az saytı xəbər verir ki, Avropanın 55 yığması ilk mövsümdə olduğu kimi 4 liqada mübarizə aparacaq.
Liqa mərhələsinin püşkatması 2020-ci ilin yanvar-fevral aylarında baş tutacaq. Komandalar yenə üç ay ərzində 6 turun oyunlarına çıxacaq. Bu, 2020-ci ilin sentyabr-noyabr aylarına təsadüf edəcək.
Püşkatma zamanı liqalarda yer alan komandalar 4 qrupa bölünəcək. A, B liqaları, həmçinin C liqasının bir qrupunda üç, digər qruplarda isə dörd komanda mübarizə aparacaq. D liqasında da 4 komandalı 4 qrup olacaq.
Liqaların tərkibi dünən başa çatan 2018/19 mövsümünün nəticələrinə əsasən müəyyənləşib.
A liqası
İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya H., Ukrayna, Danimarka, İsveç
B liqası
Xorvatiya, Polşa, Almaniya, İslandiya, Rusiya, Avstriya, Uels, çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya
C liqası
Slovakiya, Türkiyə, İrlandiya, Ş.İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Makedoniya, Kosovo, Belarus
D liqası
Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer a., Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino.
C liqasına vəsiqə qazanmaq şansını son anda itirən Azərbaycan millisi yenə D liqasında mübarizə aparacaq. Yığmamızın buradakı rəqibləri püşk zamanı müəyyənləşəcək. Komandamız oyunlarını aşağıdakı tarixlərdə keçirəcək.
Millətlər Liqası, 2020/21 mövsümünün təqvimi
I tur – 3-5 sentyabr 2020
II tur – 6-8 sentyabr 2020
III tur – 8-10 oktyabr 2020
IV tur – 11-13 oktyabr 2020
V tur – 12-14 noyabr 2020
VI tur – 15-17 noyabr 2020
Dördlər finalı – iyun 2021