Kosovo mətbuatı Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla dünən keçirilən görüşü (4:0) dəyərləndirib. Matç.az saytı xəbər verir ki, həmkarlarımız hər iki komandanın oyunçularını qiymətləndirib.
10 xallıq qiymətləndirməyə əsasən, ən çox bal Arber Zeneliyə verilib. Yığmamızla görüşdə het-trik edən yarımmüdafiəçi maksimum xala layiq görülüb. Müdafiəçilərdən Bencamin Kolollo 8,5 xal, Amir Rahmani isə 8,4 xalla qiymətləndirilib. Hücumçu Vedat Muriqidə isə bu qiymət 8-ə bərabərdi.
Həmkarlarımız Azərbaycan millisinin ən yaxşısı kimi Dmitri Nazarovu seçiblər. Onun aldığı 7 xal Kosovonun start heyətindəkilər arasında ən zəiflərə göstərilən qiymətləndirmədi.
KİV-in oyunçulara verdiyi qiymətlər:
Kosovo: Ariyanet Muriç – 7. Fidan Aliti – 6,9. Amir Rahmani – 8,4. Bencamin Kololli – 8,5. Mergim Voyvoda – 7,9. Herolind Şala – 7. Hekuran Kryeziu – 7,2. Milot Raşitsa – 7,1. Valon Berişa – 7. Arber Zeneli – 10. Vedat Muriqi – 8. Besar Halimi – 6,2. Atdhe Nuhiu – 6. Edon Yegrova – 6,7
Azərbaycan: Səlahat Ağayev – 5. Maksim Medvedev – 6,3. Bədavi Hüseynov – 6,2. Pavel Paşayev – 6,3. Təmkin Xəlilzadə - 5,5. Qara Qarayev – 6,1. Riçard Almeyda – 5,9. Araz Abdullayev – 6. Dmitri Nazarov – 7. Mahir Mədətov – 6,4. Rüfət Dadaşov – 6,4. Əfran İsmayılov – 6. Ruslan Qurbanov – 6,1. Mirabdulla Abbasov – 6,1