21 Noyabr 2018, 16:41
FUTBOL
İrlandiya milli komandası baş məşqçisiz qalıb. Matç.az saytı xəbər verir ki, futbol federasiyasının Martin Onillə əməkdaşlığa qarşılıqlı şəkildə xitam verilib.
Mütəxəssislə birlikdə onun köməkçisi Roy Kin də yığmadan ayrılıb. Artıq irlandiyalılar yeni baş məşqçi axtarışına başlayıb.
Onilin postundan ayrılmasına Millətlər Liqasındakı uğursuzluq səbəb olub. Qələbə üzünə həsrət qalan yığma B liqasından C-yə yuvarlanıb.
Qeyd edək ki, mütəxəssis 5 il İrlandiya yığmasını çalışdırıb. O, komandasını AVRO-2016-nın 1/8 finalına və Dç-2018-in seçmə mərhələsinin pley-offuna daşıyıb.