Son illər ulduz oyunçuların sevimli məknı olan çin çempionatında qaydalar sərtləşdirilməyə davam edir. Matç.az saytının məlumatına görə, yerli futbol federasiyasının rəhbərliyi bundan sonra futbolçuların maaşlarına yuxarı limit tətbiq edəcək.
Belə ki, əsasən yüksək maaş müqabilində ulduz oyunçuların bu ölkəyə üz tutmasının qarşısını almaq üçün rəhbərlik onların maaşına nəzarət edəcək. ödənişlər isə daha çox bonuslar şəklində olacaq. Bu limit tətbiqinin əsas səbəbi isə ölkə futbolunun stabil inkişafını təmin etməkdir. Yeni qaydalar 2019-cu ildən qüvvəyə minəcək.
Qeyd edək ki, çin Super Liqası rəhbərliyi bundan qabaq da legioner limiti haqqında qərar vermişdi. Yeni qaydalara əsasən, klublar start heyətlərində ən çox 3 əcnəbi oyunçuya yer verə biləcəklər.