FİFA-nın Etika Komitəsinin sədri Sundra Raco saxlanılıb. Matç.az saytının məlumatına görə, o, korrupsiyada şübhəli bilindiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Eyni zamanda Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) da olan Raco Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.

Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və o, sərbəst buraxılıb.

Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.

Qeyd edək ki, Raco saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest