"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" heyətlə bağlı problemlər yaşayır. Matç.az saytının "A Bola"ya istinadən məlumatına görə, xüsusən də, iki hücumçunun yoxluğu məşqçilər korpusunu narahat edir.

Belə ki, kolumbiyalı Fredi Montero və braziliyalı Rafinya komandanın son məşqində iştirak etməyib. Əsasən də, Montero əzələ problemi yaşayır. Hər iki oyunçu Portuqaliya kubokunun qarşıdakı matçını buraxacaq. Onların hətta "Qarabağ"la görüşü buraxmaq ehtimalları da var. Montero və Rafinyanın Bakıya gəlib-gəlməməsi bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının növbəti turunda məhz "Sportinq"i qəbul edəcək. Görüş noyabrın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest