Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Sportinq" görüşün hazırlıqlarına başlayıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Lissabon təmsilçisi Portuqaliya kubokunda "Lusitano" ilə oyundan bir neçə saat sonra vaxt itirmədən məşqə çıxıb.

Baş məşqçi Marsel Kayzer görüşün ertəsi istirahətə ehtiyac duymayıb. Ancaq komanda tam heyətlə hazırlaşa bilməyib. Belə ki, müdafiəçi Stefan Ristovski, yarımmüdafiəçi Rodriqo Battalya və hücumçular Fredi Montero ilə Rafinya məşqə qatılmayıblar. Zədədən əziyyət çəkən adıçəkilən oyunçular həkim nəzarətindədilər. "Lusitano" ilə görüşdə meydana çıxan futbolçular isə yalnız bərpa xarakterli məşqlə kifayətləniblər. Kayzerin bu gün kollektivə birgünlük istirahət verməsi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest