Avropa Liqasında qrup mərhələsinin V turunun "Qarabağ" – "Sportinq" oyununun hakimləri müəyyənləşib. Matç.az saytının məlumatına görə, UEFA qarşılaşmanı çexiyalı hakimlər briqadasına həvalə edib.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə ədaləti Petr Ardeleanu qoruyacaq. Ona Petr Blazey və Tomaş Mokruş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yan Patak yerinə yetirəcək. Qarşılaşmada əlavə köməkçi hakimlərin işini Zbinek Proske və Emanuel Marek icra edəcəklər.

Hakimlərin işinə ispaniyalı hakim-inspektor Bernardino Qonzales Vaskes qiymət verəcək. UEFA nümayəndəsi isə sloveniyalı David Makdouell Zor olacaq.

Qeyd edək ki, "Qarabağ"  - "Sportinq" oyunu noyabrın 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest