İtaliyanın əfsanəvi futbolçuları Filippo İnzagi ilə Kristian Vyeri arasında "İnstagram"da maraqlı dialoq yaşanıb. Matc.az xəbər verir ki, onlar 2003-cü ildə Azərbaycan millisi ilə keçirilən görüşü xatırlayıblar.

AVRO-2004 çərçivəsində keçirilən qarşılaşmada baş məşqçi Covanni Trapattoni ilə Vieri arasında yaşanan xoşagəlməz hadisənin təfərrüatını açıqlayıblar.

İnzagi "Vyeri ilə hücumda oynayırdıq. Fasilədə Trapattonininməni əvəzləyəcəyini . Bu üzdən ona yaxınlaşıb dedim ki, Vyerinin səhhətində problem var" –deyə, bildirib.

Matçın 55-ci dəqiqəsində əvəzlənən Vyeri isə hirsindən Trapattoniyə su şüşəsini atdığını bildirib: "Məşqçiyə əsəbləşdim və ona "niyə məni əvəzlədin" sualını verdim. O isə "Bobo, Pippo mənə bildirdi ki, sən xəstələnmisən" dedi.

Vyerinin bu sözlərinə gülən İnzagi "həmin gün 2 qol vurdum" söyləyib.

Qeyd edək ki, İtaliyanın millimiz üzərində 4:0 hesablı qələbə qazandığı həmin qarşılaşmada Filippo İnzagi dubl edibsə, Kristian Vyeri və Marko Di Vayo hərəyə bir dəfə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest