"Haitidə xəstəxanalarda çarpayılarda böyük bir problem var. Belə olur ki, insanlar çarpayıda deyil, xəstəxana mərtəbələrində, dəhlizlərdə yatırlar. İndi təsəvvür edin ki, xəstəsiniz, çox hərəkət etmirsiniz. Ancaq yatarkən də hər şey səni incitməyə başlayır. Buna görə yardım aksiyasına qoşulmaq qərarına gəldim. ümid edirəm ki, bu yardım böyüyəcək və hər kəs buna qoşulacaq. Haitinin 10 xəstəxanasına kömək etmək istəyirik. Əlbətdə ki, təkcə çarpayılar deyil. Bacardığımı göndərirəm. Maskalar, dezinfeksiya üçün əşyalar və.s".

Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Donald Geryə ölkə mətbuatına müsahibəsi zamanı deyib. O, hazırda Haitidəki durumla bağlı da danışıb: "Yüzdən çox xəstəliyə yoluxan adam var. Ancaq bu rəqəm daha da pisləşəcək. çünki ölkəmdəki insanlar məsləhətlərə qulaq asmırlar, tövsiyələrə əməl etmirlər. Təhsildə problem var, bu ən birinci əsasdır. çünki  insanların əksəriyyətinin evində radio və ya televizor yoxdur, bəzi şeylərdən xəbərləri olmur. Bundan əlavə, küçə ticarəti hələ də davam edir. Deyək ki, banan və ya yumurta alıram. Təssəvvür edin öskürürəm həm də satıram da. Təhlükəsizlik qaydalarına heç kim əhəmiyyət vermir. Azərbaycanda insanlar qaydalara əməl edir, ancaq yenə də xəstələr artırsa, Haiti də vəziyyət daha da pis olacaq".

Gerye müsahibəsi zamanı Polşada irqçiliyə məruz qalmasından da danışıb:" Bu yaxınlarda Krakovda küçədə gedərkən, həyat yoldaşım və əmisi Tomeklə birlikdə idim. O zaman bir nəfər bizə yaxınlaşıb "hey qara, cibində nəyin var?" deyib cibimə girdi. Gülümsədim, reaksiya vermədim. Sonra o mənə bir banan təklif etdi. Baş qoşmadım, amma Tom onunla döyüşmək istədi. Bir neçə il əvvəl olsaydı, onunla dalaşardım. İndi isə əlimi yelliyərək keçirəm. çünki övladlarımın atalarının küçədə dalaşdığını xatırlamalarını istəmirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest