Məlumata görə, 16 futbolçunun yer aldığı siyahıda ən yaxşı çıxış etmiş oyunçu azarkeşlər arasımda keçiriləcək səsvermə ilə bəlli olacaq. Şehiç haqda yazılan məqalədə onun ölkəsinin ən yaxşı qapıçısı olduğu bildirilir

Bosniya və Herseqovina Premyer Liqasında 2002-03 ci ildən bu yana ən yaxşı çıxış etmiş oyunçunun adı müyyənləşir. Matc.az xəbər verir ki, siyahda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də var.

Məlumata görə, 16 futbolçunun yer aldığı siyahıda qalib azarkeşlər arasında keçiriləcək səsvermə ilə bəlli olacaq. Şehiç haqda yazılan məqalədə onun ölkəsinin ən yaxşı qapıçısı olduğu bildirilir.

Bununla yanaşı, 31 yaşlı qolkiperin Türkiyədə və "Qarabağ"da da yaxşı oynadığı, hazırda isə "Beşiktaş"ın maraq dairəsində olduğu iddia edilir.

Xatırladaq ki, təcrübəli oyunçu 2006-11-ci illərdə Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar" klubunun şərəfini qoruyub.

Qeyde dək ki, Şehiç hazırda Türkiyənin I divizion təmsilçisi "Ərzurumspor"da forma geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest