Bu gün istirahət verilən futbolçular sabah məşqə çıxacaq və günorta saatlarında çarter reysilə yola düşəcək.

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq"in Bakı səfərinin proqramı müəyyənləşib. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, lissabonlular sabah ölkəmizə gələcəklər.

Bu gün istirahət verilən futbolçular sabah məşqə çıxacaq və günorta saatlarında çarter reysilə yola düşəcək. Noyabrın 28-də isə komanda matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest