27 Noyabr 2018, 10:23
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq" ölkəmizə yeni baş məşqçi ilə gəlir. Matç.az saytının məlumatına görə, Portuqaliya klubunun çalışdırıcısı Marsel Keyzer yeni komandası ilə Avropa arenasında debütünü məhz Bakıda edəcək.
Portuqaliyalı həmkarlarımız Keyzerdən mütləq 3 xal tələb edirlər: "Ona və komandasına yalnız uzun yolçuluq mane ola bilər. İstənilən halda böyük hədəfləri olan iddialı komanda belə oyunlarda qələbə qazanmalıdı. Azərbaycan təmsilçisi "Vorskla" üzərində qələbə ilə ümidlənib. Amma "Sportinq" qalib gəlməklə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilər".
Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.