Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq "Sportinq" ölkəmizə gətirəcəyi heyəti müəyyənləşdirib. Lissabon təmsilçisi 11 oyunçunun xidmətindən məhrum olacaq.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq "Sportinq" ölkəmizə gətirəcəyi heyəti müəyyənləşdirib. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, Lissabon təmsilçisi 11 oyunçunun xidmətindən məhrum olacaq.
Rodriqo Battalya, Stefan Ristovski, Fredi Montero və Rafinya zədə, Ceremi Matyu ilə Markos Akunya isə cəza ucbatından Bakıda meydana çıxa bilməyəcək. Bundan başqa, Bruno Sezar, Lumor Aqbenyenu, Marselo, Luk Kastanyos və Yozip Mişiçin adını əvvəlki baş məşqçi Joze Peseyro Avropa Liqasının iştirak ərizəsinə salmamışdı.
11 əskik fonunda "Sportinq" ölkəmizə bir neçə yeni oyunçu gətirəcək. Onlar arasında klubun öz yetirmələri olan Tyerri Korreyra, Abdu Konte, Tyaqo Dyalo, Joao Keyruş və Elves Balde də var.
Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.