28 Noyabr 2018, 09:19
AVROPA LİQASI
Avropa Liqasının "Qarabağ"ın yer aldığı E qrupunda "Vorskla" – "Arsenal" görüşünün yeri dəyişdirilib. Matç.az saytının məlumatına görə, UEFA qarşılaşmanın Kiyevdə keçirilməsini qərara alıb.
Buna səbəb ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib. Bu baxımdan riskli yerlər arasında Poltava da var. Qitə futbol qurumu da həmin şəhərdə təhlükəsizliyin yüksək səviyyədə olmadığını düşünür.
Beləliklə, "Vorskla" – "Arsenal" görüşü sabah Kiyevin "Olimpiya" stadionunda baş tutacaq.