"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunun hazırlığını tamamlayıb. Matç.az klubun saytına istinadən xəbər verir ki, sabah Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək Azərbaycan çempionu bu gün oyunöncəsi açıq məşqinə çıxıb.

Hazırlıq saat 19:00-da "Azərsun Arena"da start götürüb. Məşq prosesi təxminən 60 dəqiqə davam edib.

İsinmə hərəkətlərinin ardından futbolçular taktiki çalışmalarla məşqi yekunlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest