"Yarana biləcək problemlər çoxdu. Yol uzundu, yorğunluq gətirəcək. Təbii ki, hava şəraiti, yerli vaxta uyğunlaşmaq və atmosfer də müəyyən təsirini göstərəcək".
"Vorskla"nın "Arsenal"ı büdrətməsi yox, "Sportinq"in "Qarabağ"a qalib gəlməsi daha önəmli olmalıdı. çünki "Sportinq" qələbə təqdirində növbəti mərhələyə adlayacaq". Matç.az saytının məlumatına görə, bunu Portuqaliya yığmasının sabiq hücumçusu Uqo Almeyda deyib.
Hazırda ölkəsində aşağı liqa təmsilçisi "Akademika"nın formasını geyinən 34 yaşlı forvard Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qarabağ" – "Sportinq" görüşünə münasibət bildirib.
Almeyda həmyerliləri üçün ən böyük çətinliyin uzaq yolun olduğunu söyləyib: "Bakı səfəri "Sportinq" üçün başıbəlalı olacaq. çünki bu, klubun tarixinin ən uzun səfərlərindən biridi. Bu hal isə futbolçuya təsir göstərməyə bilməz. Yarana biləcək problemlər çoxdu. Yol uzundu, yorğunluq gətirəcək. Təbii ki, hava şəraiti, yerli vaxta uyğunlaşmaq və atmosfer də müəyyən təsirini göstərəcək. Avrokubok oyunları zamanı isə bunlara uyğunlaşmaq üçün çox vaxtın olmur".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma 21:55-də start götürəcək.