Qapı xətti yenə Renan Ribeyroya həvalə ediləcək. Heyətlə bağlı yaranmış ciddi itkilər, xüsusən də, müdafiədə bəzi dəyişikliklərə səbəb olub. "4-lü" müdafiənin mərkəzində Sebastian Koateslə Andre Pinto yer alacaq.

Avropa Liqasının qrup mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Sportinq"in təxmini "11-liy"i bəlli olub. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Marsel Keyzer start heyətini müəyyənləşdirib.

Emiliano Vivianonun yoxluğunda qapı xətti yenə Renan Ribeyroya həvalə ediləcək. Heyətlə bağlı yaranmış ciddi itkilər, xüsusən də, müdafiədə bəzi dəyişikliklərə səbəb olub. "4-lü" müdafiənin mərkəzində Sebastian Koateslə Andre Pinto yer alacaq.

Cəzalı Markos Akunyanı sol cinahda Cefferson Moreyra əvəz edəcək. Zədəli Stefan Ristovskinin yoxluğunda isə Bruno Qaspar sağ cinah müdafiəçisi funksiyasını yerinə yetirəcək.

4-3-3 sistemində Vendel və Nemanya Qudeli yarımmüdafiənin mərkəzində oynayacaq. Onların işi həm rəqib hücumlarının qarşısını almaq, həm də geridən oyun qurmaq olacaq. Bruno Fernandes bir qədər öndə, pleymeyker kimi çıxış edəcək.

Kapitan Nani sol, Covane Kabral isə sağ cinahda yer alacaq və vinger kimi mübarizə aparacaq. Mərkəz hücumçusu qismində Bas Dost qol axtarışında olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Sportinq" qarşılaşması 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest