İngiltərə mətbuatı Millətlər Liqasının geridə qalan qrup mərhələsini dəyərləndirib. Matç.az saytı xəbər verir ki, həmkarlarımız ilk dəfə təşkil edilən turnirdə ən yaddaqalan 10 məqamı sıralayıb.

İngilislər üçün ən diqqətçəkən 7-ci hadisə Kosovo yığmasının yüksək səviyyədə çıxış etməsi olub. Yerli KİV bunu sürpriz hesab edir: "Heç kim Kosovo yığmasının bu qədər sürətli inkişaf edəcəyini gözləmirdi. Ancaq bu irəliləyiş qeyri-adi şəkildə oldu. Kosovo qısa müddətdə Avropanın ən həyəcanverici komandalarından birinə çevrildi. Komanda D Liqasında çətin qrupa düşmüşdü. Ancaq Kosovo qrupda çətinliklə üzləşmədi. Azərbaycan üzərində 4:0 hesablı qələbə qazanılan son görüşdə Milot Raşitsa və Arber Zeneli möhtəşəm performans ortaya qoydu, onları əldən qaçıran Albaniyanı peşman etdi. İndi pley-offda Makedoniya ilə qarşılaşmaq üçün 16 ay gözləməlidilər".

Qeyd edək ki, Kosovo 3-cü qrupu 14 xalla birinci pillədə tamamlayıb. Azərbaycan yığması isə 9 xal toplayıb və ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest