"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda "Sportinq"lə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, müraciətdə görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən açıq olacağı bildirilib.

Bu isə o deməkdi ki, fanatlar 18:55-dən etibarən tribunalardakı yerlərini tuta bilərlər. Bundan başqa, ictimai dayanacaqlar azarkeşlərin xidmətində olacaq və oyun gec başa çatacağından, "Koroğlu" metrostansiyası daha gec – 01:00-da bağlanacaq.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" matçının start fiti 21:55-də səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest