"Qarabağ" son illər çox böyüyüb. Ardıcıl 5 dəfə Azərbaycan çempionu olduqlarını söyləmək kifayət edər. Əvvəl ardıcıl 3 dəfə çempion olmuş "Neftçi"nin hegemonluğuna son qoydular böyük yatırımlar edərək, ən böyük futbol gücünə çevrildilər".

"Qarabağ"ı yaxşı tanıyıram. İki il "Qəbələ"də oynamışam və bu komanda ilə bir neçə dəfə qarşılaşmışam". Matç.az xəbər verir ki, bunu "A Bola"ya açıqlamasında "Qəbələ"nin keçmiş qapıçısı Dieqo Koşta deyib.

Karyerasını ötən il məhz Portuqaliyada – "Setubal"ın heyətində başa vuran braziliyalı qolkiper Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Sportinq" görüşünü dəyərləndirib.

39 yaşlı sabiq oyunçu ilk olaraq "Qarabağ" barədə portuqaliyalılara məlumat verib: "Qarabağ" son illər çox böyüyüb. Ardıcıl 5 dəfə Azərbaycan çempionu olduqlarını söyləmək kifayət edər. Əvvəl ardıcıl 3 dəfə çempion olmuş "Neftçi"nin hegemonluğuna son qoydular, böyük yatırımlar edərək, ən böyük futbol gücünə çevrildilər. "Qarabağ" əla quruluşa sahibdi. ümumiyyətlə, Azərbaycan futbolunda çox pul var. Ancaq futbol sahəsində boşluqlar mövcuddu".

2012-2014-cü illərdə "Qəbələ"nin formasını geyinmiş Koşta bugünkü görüşün favoritini də açıqlayıb: "Son nəticələrin ardından yaranan təzyiqlərə baxmayaraq, bugünkü görüşün favoriti "Sportinq"di. Komandanın daha yaxşı olacağına ürəkdən ümid edirəm. Problemli dönəmdən keçə bilərlər. Ancaq "Sportinq"in daha da böyüyəcəyinə və güclü olacağına şübhə etmirəm. "Sportinq"in futbolçuları "Qarabağ"dakılardan güclüdü. Ancaq bunu meydanda sübut etmək lazımdı. Portuqaliya futbolu səviyyəcə Azərbaycan futbolundan daha böyükdü".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Sportinq" oyunu 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest