30 Noyabr 2018, 10:06
AVROPA LİQASI
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzub. Matç.az saytı xəbər verir ki, bu məğlubiyyət Azərbaycan klublarının avrokuboklar tarixində 45-ci böyükhesablı yenilgisidi.
Bakı Olimpiya Stadionundakı görüşədək təmsilçilərimiz 44 ağır məğlubiyyət yaşamışdı. Qitə miqyaslı klub turnirlərində oynamış 18 klubdan 13-ü darmadağınla üzləşib.
Ən çox belə nəticə yaşayan isə "Qarabağ"dı. Ağdam klubu avrokuboklarda 15-ci dəfə böyük hesabla uduzub. Bu rəqəm "Neftçi"də 7, "Kəpəz"də 4-dü.