"Daha bir möhtəşəm oyun keçirdik. İndi üzərimizə düşən bu uğurlu çıxışı ənənə halına salmaq və qələbə qazanmağa davam etməkdi". Matç.az saytının məlumatına görə, bunu "Sportinq"in kapitanı Luiş Nani deyib.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində qazanılan qələbəni (6:1) dəyərləndirən ulduz futbolçu yeni baş məşqçiləri Marsel Keyzer amilini xüsusi vurğulayıb: "Baş məşqçinin mesajı çox sadədi. Hələ bir neçə gündü bizimlədi və üzərinə qoyacağımız çox şey var. Keyzer çox ciddidi. Onun bu xüsusiyyətləri bizə kömək edəcək. Yeni çalışdırıcının rəhbərliyi altında ilk matçlar ürəyimizcə keçdi. Bunu daha da yaxşılaşdıracağımıza ümid edirəm. Yeni strategiyamız çox sadədi. Hücumda rəqibi "boğuruq". Məqsəd tempi artırmaq, ön xətdə dəqiq oynamaq və ələ düşən imkanlardan yararlanmaqdı. Bu amillər çox qol vurmağımızın əsas səbəblərindən biridi. Komandamız getdikcə böyüyür və özünəinam artır".
Dünənki qarşılaşmada gözəl qola imza atan 32 yaşlı yarımmüdafiəçi Avropa Liqasının finalı barədə düşünməyin erkən olduğunu söyləyib: "Ayaqlarımızı yerə möhkəm vurmalıyıq və həqiqətlərin fərqində olmalıyıq. Pillə-pillə irəliləməyi düşünürük. Hara qədər irəliləyə biləcəyimizi görəcəyik. Finala yüksəlsək, bu, fantastika olar. Ancaq indi ən başlıca məqsəd inkişaf etməkdi. Finalda "Benfika" ilə qarşılaşmaq perspektivi? Onlara qarşı həmişə yaxşı oynamışıq. "Benfika" "Sportinq"in ən böyük rəqibidi. Bu komanda ilə oyunlar hər zaman əla alınır və möhtəşəm atmosfer yaranır".