"Komandadan razı qaldım. Gözəl futbol sərgilədik". Matç.az saytının məlumatına görə, bu sözləri "Sportinq"in prezidenti Frederiko Varandas deyib.

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olan Lissabon təmsilçisi 6:1 hesablı qələbə qazanaraq, adını 1/16 finala yazdırıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmanı tribunadan izləyən Varandas oyundan sonra Portuqaliya mətbuatına qısa açıqlama verib. O, gənc futbolçuların performansından da məmnunluq ifadə edib: "Oyun və nəticə sevindiricidi. Akademiyamızın bir neçə yetirməsi bu gün oynamaq imkanı qazandı. Onlar "Sportinq"in uğurlu gələcəyinin olduğunu göstərdilər. İlk hədəf qrupdan çıxmaq idi ki, bunu reallaşdıra bildik. Avropa Liqasında mümkün qədər uzun yol qət etmək istəyirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest