Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçirilən oyun "Arsenal"ın hücumçusu Denni Uelbekin taleyini dəyişə bilər. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London klubunun fanatları onun Bakıdakı qarşılaşmada sərgilədiyi oyundan məmnun qalıblar.

Bu səbəbdən "topçular"ın azarkeşləri 28 yaşlı forvardın qış fasiləsində satılması ilə bağlı qərarın dəyişməsi üçün rəhbərliyə təzyiq edir. Fasilədən sonra Naço Monrealın əvəzlənməsi ilə kapitanlıq sarğısını qoluna taxan Uelbekin yüksək performansını nəzərə alan "Arsenal" sevərlər onun şans əldə edəcəyi təqdirdə Pyer-Emerik Obameyanq və Aleksandr Lakazettlə rəqabət aparacağına inanırlar.

Hətta "Qarabağ"la matçdakı çıxışına görə, Uelbekə bir neçə ləqəb qoşulub ki, onlardan biri də "mütləq canavar"dı.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest