Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə əldə edən "Sportinq"in cari mövsümdəki büdcəsi açıqlanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, 2018-19 mövsümü Lissabon təmsilçisi üçün maddi baxımdan uğurlu keçir.

Bildirilir ki, Portuqaliya klubu cari mövsümdə 24 milyon 260 min avroluq gəlir əldə edib. Xərclər isə 24,2 milyon avro təşkil edir. Yəni hələlik xalis gəlir 60 min avrodu. Bu isə klub rəhbərliyini sevindirir. çünki bu, əvvəlki mövsümlə müqayisədə irəliləyiş kimi sayılır.

Bu gün klubun İdarə Heyətinin iclasında həm büdcə təsdiqlənəcək, həm də bu məsələ nəzərdən keçiriləcək. Klub prezidenti Frederiko Varandas yeni sponsorlar və yatırımlar sayəsində xərclərinin 30% azaldığını söyləyib. Ancaq o, bununla da kifayətlənməyəcəklərini bildirib. Rəhbər son çalışmalar sayəsində klubun öhdəliklərinin 10,6 milyon avro azaldığını əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest