30 Noyabr 2018, 12:00
AVROPA LİQASI
"Arsenal"ın yarımmüdafiəçisi Emil Smit-Rou klub rekordunu təkrarlayıb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, gənc oyunçu buna Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə matçda nail olub.
Ukraynadakı qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açan Emil "topçular"ın heyətində avrokuboklarda ikinci qolunu vurub. O, "Arsenal" forması altında qol hesabını Bakıda "Qarabağ"la oyunda açmışdı. Beləliklə, Emil Smit-Rou 18 yaşında "Arsenal"da 2 qol vuran ikinci oyunçu olub. Buna qədər yalnız Teo Uolkott bunu bacarmışdı. Emil isə 10 ildən sonra onun rekordunu təkrarlayıb.
Qeyd edək ki, "Arsenal" "Vorskla"nı səfərdə 3:0 hesabı ilə məğlub edib.