Matc.az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
 
Matc.az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest