"Təbii ki, bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalyıq. Ümid edirəm ki, yeni mövsümə mümkün qədər tez başlanması barədə qərar verilər".

"Məsələ ilə bağlı nə deyə bilərəm ki? Bu, AFFA-nın ölkədəki hazırkı vəziyyətlə bağlı qərarıdır".

Bu sözləri matc.az saytına "Sabah"ın baş məşqçisi Jetko Sopiç Azərbaycan Premyer Liqası və ölkə kubokunun koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılması barədə danışarkən deyib. Xorvatiyalı mütəxəssis daha sonra belə davam edib:

"Təbii ki, bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalyıq. ümid edirəm ki, yeni mövsümün başlanması barədə mümkün qədər tez qərar verilər".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında turnir cədvəlindəki sıralamaya əsasən komandaların avrokuboklara yollanacağı bildirilib.

"Qarabağ"ın 1-ci yerin sahibi kimi ölkəmizi çempionlar Liqasında, sonrakı 3 pilləni sahibi olan "Neftçi", "Keşlə" və "Sumqayıt" Avroliqada təmsil edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest