Fransanın "Monako" klubunun yeni idman direktoru məlum olub.
 
Matc.az xəbər verir ki, bu vəzifəyə Pol Mitçell təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Mitçell, "Monako"nun əsas komandasına, akademiyasına və Belçikanın "Serkl" klubunun idman siyasətinə cavabdeh olacaq.
 
Mitçell bundan əvvəl Almaniyanın "Leyptsiq" klubunda çalışırdı. O, Bundesliqa təmsilçisinin texniki direktoru idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest