Koronavirus pandemiyasına görə martdan dayandırılan İtaliya A Seriyası bu gün nəhayət ki, bərpa olunub.
 
Matc.az xəbər verir ki, əvvəlcə 25-ci turda təxirə salınmış oyunlar keçirilib.
 
A Seriyasının bərpa matçında "Torino" "Parma"nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. "Verona" isə "Kalyari" ilə üz-üzə gəlib. üç qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.
 
İtaliya A Seriyası
25-ci tur
20 iyun
 
Torino – Parma 1:1
Qol: Nkulu, 15 – Kuçka, 31.
 
Verona – Kalyari 2:1
Qol: Di Karmine, 14; 26 – Simeone, 43.
 
21 iyun
 
21:30 Atalanta – Sassuolo
23:45 İnter – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest