"Bavariya" Almaniya Bundesliqasının  33-cü turunda "Frayburq"u məğlub edib – 3:1.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisi bu qələbə ilə yeni rekorda imza atıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, "Bavariya" Bundesliqada ardıcıl 15 oyundur ki, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.
 
"Bavariya" Bundesliqada ötən tur çempionluğunu rəsmiləşdirib. Bundesliqada mövsümün bitiminə bir tur qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest