Millətlər Liqasının final mərhələsinin püşkatmasının başlama vaxtı dəqiqləşib. Matç.az saytı xəbər verir ki, dekabrın 3-də keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Mərasim İrlandiyanın paytaxtı Dublində baş tutacaq. Püşkatmada Portuqaliyada keçiriləcək həlledici raundun yarımfinal cütləri bəlli olacaq.

Portuqaliya, İngiltərə, İsveçrə və Hollandiya kor püşklə iki cüt təşkil edəcək. Meydan sahiblərinin yer aldığı cüt 2019-cu il iyunun 5-də, digəri isə ertəsi gün qarşılaşacaq.

Püşkatmada iyunun 9-da keçiriləcək final və 3-cü yer uğrunda matçın nominal meydan sahibi də bəlli olacaq.

Qeyd edək ki, final mərhələsinin matçları Porto və Gimaraynşda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest