Hər iki oyunçu turnirdəki yeganə Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşı 3 futbolçusu siyahısından kənar düşüb. 2276 xalla 245-ci yerə qalxan Abdullah Zubir komandasının ən yaxşısıdı. 1119 xalla 546-cı yerə enən Simeon Slavçev və 1060 xalla 561-ci sıraya düşən Miçel ondan geri qalır.
Avropa Liqasının V turundan sonra turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, ən yaxşı Azərbaycan futbolçusu ünvanının müəllifi dəyişib.
ümumi siyahıda 547-ci yerə enən "Astana"dakı təmsilçimiz Riçard Almeyda 1119 xalla ən yaxşı oyunçumuzdu. O, "Qarabağ"ın ciddi geriləmə yaşayan üzvləri Maksim Medvedevlə Qara Qarayevi keçib.
Qara 1051 xalla 564-cüdü. Ən yaxşı təmsilçimiz adını itirən Maksim isə 376 xalla 789-cu sırada yer alıb.
Hər iki oyunçu turnirdəki yeganə Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşı 3 futbolçusu siyahısından kənar düşüb. 2276 xalla 245-ci yerə qalxan Abdullah Zubir komandasının ən yaxşısıdı. 1119 xalla 546-cı yerə enən Simeon Slavçev və 1060 xalla 561-ci sıraya düşən Miçel ondan geri qalır.
Cədvələ isə Almaniya "Ayntraxt"ının oyunçusu Sebastyan Haller başçılıq edir. Onun hesabında 7017 xal var. Onun komanda yoldaşı Luka Yoviç 6457 xalla 2-cidi. 6199 xala malik Munas Dabbur ("Zalsburq", Avstriya) üçüncüdü.
"Qarabağ"ın çıxış etdiyi E qrupunun ən yaxşısı "Sportinq"li Bruno Fernandeş 3621 xalla 75-cidi. "Arsenal"lı Aaron Remsi 3489 xalla 84-cüdü.