İspaniya La Liqasının VIII turunda "Alaves"lə qarşılaşan "Real" növbəti dəfə meydanı məğlub tərk edib. Matç.az saytının məlumatna görə, "kral klubu" bununla antirekorda imza atıb.

 

Belə ki, madridlilər ardıcıl 4-cü qarşılaşmanı da qolsuz tərk ediblər və bunun 3-də rəqibə boyun əyiblər. Bu isə "Real"ın XXI əsrdə ilk belə uğursuz göstəricisidi. Komanda tarixi ərzində yalnız 1982 və 1985-ci illərdə ardıcıl 4 oyunda qol vura bilməmişdi.

 

Qeyd edək ki, "Real" La Liqada növbəti oyununu oktyabrın 20-də "Levante"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest