Fransanın "Nim" klubu baş məşqçisi Bernar Blakerlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Nim"də müvəqqəti olaraq komandanın "sükan"ı Jerom Arpinoya tapşırılıb.
 
Blaker 2015-ci ilin noyabrından "Nim"i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda koronavirusa görə dayandırılan Liqa 1-i 18-ci yerdə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest