Almaniyanın "Borussiya" (Dortmund) klubu idman direktoru Maykl Zorkla yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Onunla müqavilənin müddəti 2022-ci ilin yayına kimi uzadılıb.
 
Qeyd edək ki , Zork 1998-ci ildən Dortmund təmsilçisində idman direktoru vəzifəsində çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest