İspaniya Sequndasında VIII turun növbəti oyunları keçirilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" səfərdə "Las Palmas"ın qonağı olub.

Liderlər qrupunda yer alan komandaların oyununda qol vurulmayıb – 0:0. Start heyətində meydana çıxan Eddi 90 dəqiqə şans qazanıb. O, 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 8 matçda 15 xal toplayan "Alkorkon" 3-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest