Azərbaycan çempionu "Araz" avrokuboklarda yubiley məğlubiyyətini alıb. Matç.az saytı xəbər verir ki, təmsilçimiz futzal üzrə çempionlar Liqasının əsas mərhələsinin III turunda "Luçeneç"ə 2:5 hesabı ilə uduzub.

Slovakiya klubuna məğlubiyyət "Araz"ın Avropada 20-ci uğursuzluğudu. 64-cü matçına çıxan Naxçıvan təmsilçisinin hesabında 34 qələbə və 10 heç-heçə də var.

Futzalçılarımız indiyədək 253 qol vurub. Təmsilçimiz öz qapısından 174 top buraxıb.

Qeyd edək ki, əsas mərhələnin üç oyununda cəmi 1 xal toplayan "Araz" mübarizəni dayandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest