07 Oktyabr 2018, 11:55
FUTBOL
Futbol üzrə Rusiya çempionatının 3-cü divizionunda qeyri-adi nəticə qeydə alınıb. Matç.az saytı xəbər verir ki, Moskva zonasında keçirilən SŞ-75 – "İnter" görüşündə 44 qol vurulub.
Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan meydan sahibləri sonuncu – 15-cı sırada olan rəqibinə qarşı amansızlıq nümayiş etdirib. Belə ki, "Avtomobilçi" stadionundakı matç 43:1 hesabı ilə nəticələnib.