Bundesliqada mövsümün ilk baş məşqçi istefası gerçəkləşib. Matç.az saytı xəbər verir ki, "Ştutqart" Tayfun Korkutla yollarını ayırıb.

Buna komandanın uğursuz çıxışı səbəb olub. Baş məşqçi ilə birlikdə onun köməkçiləri İliya Araçiç və Stiven çerundolo da klubu tərk edib.

2018-ci ilin yanvarında bu posta təyin olunan türkiyəli çalışdırıcı 1 il duruş gətirməyib. ötən mövsüm 7-ci olan komanda cari çempionatın yeddi turunda cəmi 5 xal qazanıb və sonuncu – 18-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest