07 Oktyabr 2018, 15:28
FUTBOL
İngiltərə Premyer Liqasının "Nyukasl"la qarşılaşması "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub. Matç.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis 3:2 hesablı qələbə sayəsində çempionatlarda 400-cü dəfə yetirmələrinin qalib gəlməsinə sevinib.
Portuqaliya, İspaniya, İtaliya və İngiltərə liqalarında qazanılan 400 qələbə 597 matça təsadüf edib. Onun yetirmələri 124 heç-heçə edib və 73 dəfə uduzub.
Qeyd edək ki, Mourinyo vətənində "Benfika", "Leriya" və "Porto", İspaniyada "Real", İtaliyada "İnter", İngiltərədə "çelsi" və "Mançester Yunayted"ə rəhbərlik edib.