Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Matç.az saytı xəbər verir ki, cədvəldə milli komanda və qitə miqyaslı klub turnirlərində ən çox qol vuranlar yer alıb.

İlin arxada qalan 9 ayının nəticələrini dərc edən İFFHS-ın siyahısına Əlcəzair yığmasının və Qətərin "Əl-Sədd" klubunun hücumçusu Bağdad Bundeja başçılıq edir. O, yığmada 4, klubda 12 dəfə fərqlənib.

16 qol vuran lideri mərakeşli Ayyub Kaibi izləyir. Yığmada 11, "Berkan"da 4 qol vuran afrikalı ümumilikdə 15 dəfə fərqlənib.

Avropalılar arasında ən yaxşı olan Romelu Lukaku dünyada 3-cüdü. O, Belçika yığmasında 12, "Mançester Yunayted"də 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ən azı 8 qol vuranların yer aldığı siyahıda Azərbaycan təmsilçisi yoxdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest