İngiltərə Premyer Liqasının VIII turunun bu gün keçirilən "Fulhem" – "Arsenal" qarşılaşması tarixə düşüb. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "topçular" 5:1 hesabı ilə qalib gəlib.

London klubunun heyətində iki futbolçu meydana sonradan daxil olaraq, həm qol vurub, həm də məhsuldar ötürmə verib. Aron Remsi 1 dəfə özü fərqlənib, 1 ötürmə ilə diqqət çəkibsə, Pyer-Emerix Obameyanq dubla imza atıb və komanda yoldaşına qol ötürməsi verib. Bu, Premyer Liqa tarixində ilk belə hadisədi ki, bir qarşılaşmada eyni komandanın iki əvəzetməsi həmin oyunçunun həm qol, həm ötürmə ilə fərqlənməsi ilə nəticələnir.

Remsi həm də meydana daxil olandan cəmi 39 saniyə sonra qola sevinib. Bu, son 10 il 10 ay üçün klub rekordudu. 2007-ci ilin dekabrında Niklas Bendtner "Tottenhem"lə görüşdə meydana daxil olandan 35 saniyə sonra fərqlənmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest