Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Portuqaliya çempionatında növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, gənc hücumçu Sequndanın 6-cı turunun iştirakçısı olub.

Renatın formasını geyindiyi "Eştoril" səfərdə "Akademika"nı darmadağın edib – 7:2. Meydana 65-ci dəqiqədə daxil olan Dadaşov dubl müəllifi olub. O, komandasının son iki qoluna imza atıb.

Qeyd edək ki, 6 matçda 12 xal toplayan "Eştoril" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest