06 Dekabr 2018, 22:21
FUTBOL
İspaniyanın "Sevilya" klubunun sahibi dəyişə bilər. Matç.az saytı xəbər verir ki, Primera təmsilçisini çindən olan investorlar almaq istəyir.
Asiyalılar klub üçün 300 milyon avrosundan keçməyə hazırdı. İlkin danışıqların müsbət nəticələndiyi və yaxın müddətdə alqı-satqının rəsmiləşəcəyi bildirilir. Klubun indiki sahibləri rəhbərlikdə qalmaq niyyətindədilər.
Qeyd edək ki, Primeranin 14 turunda 27 xal toplayan "Sevilya" 2-ci pillədə qərarlaşıb.