07 Dekabr 2018, 00:01
FUTBOL
"Düşdüyümüz qrup ilk baxışdan balanslaşmış şəkildə görünür". Matç.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Rumıniya millisinin baş məşqçisi Daniel Opresku deyib.
Avropa çempionatının gələn ilin martında keçiriləcək elit-raundunda Azərbaycan yığmasının rəqiblərindən olar "üçrənglilər"in çalışdırıcısı püşkatmadan sonra iddialı danışıb: "Rəqiblərimizdən biri olan İrlandiyanı yaxşı tanıyıram. çünki bu ilin martında onlarla iki yoxlama oyunu keçirmişik. Rəqibin əksər futbolçuları artıq yüksək səviyyədə oynayıb, inkişaf edir. İndi məqsədimiz Azərbaycan və Rusiya yığmaları barədə məlumat toplamaqdı. Rəqibləri yaxşı tanımalıyıq ki, martdakı oyunlarda özümüzü göstərərək final mərhələsinə yollanaq".