Almaniyanın "Bavariya" klubu Antuan Qrizmannı heyətinə cəlb etməyi planlaşdırır. Matç.az saytı xəbər verir ki, Münhen təmsilçisi İspaniya "Atletiko"sunda çıxış edən fransalı hücumçunu 2019-cu ilin yayında transfer etmək niyyətindədi.

27 yaşlı Antuan özündən 7 yaş böyük olan cinah yarımmüdafiəçisi Aryen Robbeni əvəzləməlidi. Müqaviləsi yayda başa çatan hollandiyalının yerinə alınacaq Qrizmannın qiyməti isə çox yüksəkdi. Onun müqaviləsində bu məbləğ 200 milyon avro ilə ifadə olunur.

Qeyd edək ki, Antuan "Qızıl top" mükafatının səsverməsində 3-cü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest