Ukrayna Premyer Liqasında XI tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Vorskla" turun son qarşılaşmasında meydana çıxıb.

Poltava klubu öz meydanında "Arsenal"ı qonaq edib. Matçın son 20 dəqiqəsində 2 top buraxan meydan sahibləri turu xalsız başa vurub.

11 matçdan sonra 18 xala malik Vasili Saçkonun yetirmələri məğlubiyyətə baxmayaraq 4-cü pillədəki mövqeyini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest